Yeni magistral yolun 100 km-lik hissəsinin tikintisi yaya qədər bitəcək

Yeni magistral yolun 100 km-lik hissəsinin tikintisi yaya qədər bitəcək

")  "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə tikintisi işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.

Yeni magistral yolun keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Ümumilikdə, LOT 1 üzrə işlər yekunlaşmaq üzrədir

Layihənin 2-ci lotu üzrə hazırda işlər paralel olaraq aparılır. Lot boyu yararsız material qazılıb çıxarılır, geri dolğu işləri aparılır, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülür. Yeni magistral yolun sözügedən hissəsində artıq suötürücü boruların tikintisi üzrə 100 %, tunellərin tikintisi üzrə 98 % işlər yekunlaşdırılıb. Layihə üzrə 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub

Ümumilikdə sözügedən hissədə 20 ədəd qovşaq və yol ötürücü körpünün, 15 ədəd hidravlik və kanal körpüsünün, 41 ədəd kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 ədəd müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31