İsmayıllıda 5 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub

İsmayıllıda 5 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub

İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşıb. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, icra olunmuş yol infrastrukturu layihələrinin ümumi uzunluğu 15 km təşkil edir.

5 yaşayış məntəqəsini əhatə edən IV texniki dərəcəli olan avtomobil yolları boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə tikintinin aparıldığı sahə 150 min kv.m-ə yaxındır.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 7 avtobus dayanacağının inşa edilib, hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31