Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub
Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub
13 Noyabr 2019 13:16 TikintiYerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulub. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 18 km olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 4 yaşayış məntəqəsində yaşayan əhalinin sevincinə səbəb olub.
Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu 4.2 km Boyat, 4 km Qaraxanlı və 3.1 km uzunluğa malik Hacılar kəndlərinə gedən və kənlərin daxili avtomobil yolları, həmçinin Biləyən kəndinin 6.7 km uzunluğa malik yoludur. Görülən işlər çərçivəsində yararsız qara örtüyün mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələrinin ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparılıb, daha sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr doldurulub, torpaq yatağının bərpası işləri görülüb. Layihənin sonuncu mərhələsində yol boyu 5 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu 45 yol nişanlı və məlumatverici lövhə, 344 təhlükəsizlik dirəklərinin, yolun dərələrdən keçən hissələrinfə hər iki tərəfdən 610 paqon-metr əyrixətli tirlərin quraşdırılması və yolda xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılıb.