Teatr və kino

Gənc Tamaşaçılardan AÇIQLAMA

4 Fevral 2017 16:36

“Kağız qəbir” filmində Xocalı Faciəsi

1 Fevral 2017 19:04

 Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə “Kağız qəbir” adlı film çəkilib. Bu barədə “Olaylar” – a AYB-in mətbuat xidmətinin rəhbəri və İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri, şair Xəyal Rza məlumat verib.

İsmayıl Dağıstanlının anıldı

27 Yanvar 2017 10:31

Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq Artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən “Olaylar” – a  verilən məlumata görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatrı Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutub.  Tədbirdə çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət İsmayıl Dağıstanlının Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. Azər Paşa Nemət bildirib ki, əməyi SSRİ Xalq artisti və dövlət mükafatı ilə qiymətləndirilən İsmayıl Dağıstanlı böyük sənətkar olmaqla yanaşı, həm də xeyirxah insan və özündən sonra böyük sənətkar nəsli yetişdirən qayğıkeş müəllim idi. Teatrın direktoru İsmayıl Dağıstanlı ilə bağlı xatirələrini bölüşüb və əlavə edib ki, Azərbaycan mədəniyyəti yaşadıqca İsmayıl Dağıstanlının xatirəsi əbədi yaşayacaq və hər zaman xoş hisslərlə yad olunacaq.

Yuğ Teatrı fevralda

25 Yanvar 2017 15:40

Səfir Musiqili Teatrda

25 Yanvar 2017 11:12