Teatr və kino

Fərəc Qarayev  premyerada

2 İyun 2018 21:42

Azərbaycan Dövlət Musiqili Teatrında fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin məhşur - "Qodonun intizarında” pyesi əsasında hazırlanan absurd tamaşanın premyerası olub. Olaylar.az bildirir ki, bir çox beynəlxalq teatr arenalarını bəzəsə də, heç vaxt musiqili teatrlarda oynanılmayan absurd aləmin şah əsəri - “Qodonun intizarında” üçün dünyada ilk dəfə simfonik instrumental musiqini Azərbaycanlı bəstəkar, Xalq artisti, professor Fərəc Qarayev yazıb.

“Şirinlər” tamaşasının premyerası

2 İyun 2018 19:50

İyun ayının 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş P.Cullifordun “Şirinlər” pyesi əsasında eyniadlı yeni tamaşanın premyerası keçirildi. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkova, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov və rejissor assistenti Günay Qasımovadır.

İşarət dilinə tərcümə edilmiş film təqdim edildi

2 İyun 2018 10:23

Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində fəaliyyət göstərən Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli uşaqlara işarət dilinə tərcümə edilmiş “Madaqasqar” animasiya filmini və Araxçın MMC/Deaf Community-nin təşkilatçılığı ilə eşitmə və danışma məhdudiyyətli gənclərə Cümhuriyyətin 100 illiyi ilə bağlı cəkilmiş videoçarxı təqdim edib.

“Nuri-didə Ceyhun” üçün Türkiyədən Bakıya gəldi

1 İyun 2018 16:23

Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanan möhtəşəm tamaşasının premyerası teatr aləmində böyük əks-səda yaratdı.

Gənc Tamaşaçılar Teatrında iyun repertuarı

1 İyun 2018 16:15

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2018 - ci il iyun ayı üçün olan repertuarını elan edib. Olaylar.az teatrın iyun ayı üçün olan tamaşalarını təqdim edir. 01 iyun cümə Avropa litseyinin tədbiri 14:00

İyun ayında teatrda hansı tamaşalar oynanılacaq?

1 İyun 2018 16:08

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Musiqili Teatrı 108-ci teatr mövsümü 2018-ci il iyun ayı üçün repertuar planı elan edib. Olaylar.az teatrın iyun ayına olan repertuarını təqdim edir.  01.06.R.Hacıyev -“Qafqazlı qardaşqızı”(rus dilində) 19-00 02.06.R.Mirişli,M.Haqverdiyev-“Amerikalı kürəkən” 19-00

Həftəsonu Gənc Tamaşaçılar Teatrında

1 İyun 2018 16:04

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu həftəsonu bir gündə iki yeni tamaşanın təqdimatı və cari repertuarda olan ən maraqlı tamaşaları ilə tamaşaçılarının görüşünə hazırlaşır. Olaylar.az bildirir ki, teatr iyun ayının 1-də P.Cullifordun “Şirinlər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı saat 12 00 və 14 00 olmaqla ilk dəfə nümayiş etdirəcək. Axşam saat 1900 da isə böyük dramaturqumuz, unudulmaz H.Cavidin “Ana” mənzum dramının premyerasını təqdim edəcəkdir.

Musiqili Teatrda həftəsonu

1 İyun 2018 08:38

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Olaylar.az bildirir ki, Musiqili Teatr 1iyun saat 19:00-da rus dilində “Qafqazlı qardaşqızı” (R.Hacıyev), 2 iyin saat 19:00-da “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) və 3 iyun saat 19:00-da “Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşalarını isə ana dilimizdə təqdim edəcək.

Kinematoqrafçılar İttifaqı məqalə müsabiqəsinin vaxtını uzatdı

31 May 2018 09:44

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə elan etdiyi “Azərbaycan kinosu: dünən, bu gün, sabah” adlı məqalə və resenziyalar müsabiqəsinin vaxtını uzadıb. Müsabiqəyə marağın çox olduğu nəzərə alınaraq vaxt bir ay uzadılıb. Müsabiqədə iştirak etmək istəyənlər məqalə və resenziyalarını iyun ayının sonunadək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təqdim edə bilərlər.

Bir gündə iki PREMYERA

30 May 2018 14:33

İyun ayının 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki premyera nümayiş olunacaq. Olaylar.az bildirir ki, teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşada çıxış edəcək. Tamaşa saat 19:00-da təqdim ediləcək. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Tamaşada obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov ifa edir.

“Sərhədsiz kino” – İran filmləri Azərbaycan dilində

30 May 2018 11:53

Mayın 29 –da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  Azərbaycan dilində  ekranlaşdırılmış İran filmləri təqdim olundu. Layihənin təşkilatçısı tanınmış iranlı kinorejissor və prodüsser Rıza Siamidir. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino-televiziya sənətləri” kafedrasının müdiri kinooperator Rafiq Quliyev son illər İran filmlərinin beynəlxalq festivallarda qazandığı uğurları xatırlatdı.

“Cümhuriyyət tələbələri” filmi  təqdim edildi

30 May 2018 10:09

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq ölkəmizdə kütləvi tədbirlər keçirilir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Cümhuriyyət tələbələri” filmi Nizami Kino Mərkəzində təqdim edildi.

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq mətbuatda

29 May 2018 21:19

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi  Makedoniyanın Bitola şəhərində keçirilən “XX Beynəlxalq Monodram” festivalında iştirak edib. Olaylar.az bildirir ki, festivalda Patrik Züskindin əsəri əsasında hazırlanmış “Kontrabas” tamaşası nümayiş olunub. Tamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edib. İfası ilə teatr mütəxəssislərinin və tamaşaçıların rəğbətini qazanan Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Şövqi Hüseynov “Kontrabas” mono-tamaşasındakı roluna görə QRAN-PRİ mükafatına layiq görülüb.

“Nuri-didə Ceyhun”nun uğurlu premyerası 

29 May 2018 21:11

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün möhtəşəm premyerası təqdim olunub. Olaylar.az bildirir ki, ideya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə olan tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.