Teatr və kino
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşasının premyerası keçirilib
Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçirilib.
Teatrda yeni tamaşa
İyunun 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçiriləcək. Olaylar.az bildirir ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanmış səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi İzamə Babayeva, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğludur.
Premyera - “Tənbəl Əhməd”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası keçirildi. Olaylar.az bildrir ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. İlk tamaşa məktəblilər tərəfindən böyük maraqla qarşılanmış, xalq nağılının qəhrəmanının səhnədəki sərgüzəştləri və obrazı kiçik yaşlı məktəblilərin sevgisini qazana bilib.
Kimdir müqəssir? – Bakı Uşaq Teatrı
İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı yeni tamaşa ilə çıxış edəcək.
Dram Teatrında Sofa Bəsirzadə anıldı
Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılıb, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunub.
Azyaşlı aktyorun uğuru
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi həsr olunmuş Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azerbaijan Golden Kids Awards-2018" layihəsinin qalibləri arasında Musiqili Teatrın 13 yaşlı aktyoru Rahib Məmmədzadə də var. Olaylar.az bildirir ki, istedadı ilə hər zaman həmyaşlarından fərqlənməyi bacaran bu xarizmatik oğlan teatr və kino sahəsində indiyə qədər qazandığı uğurlarına görə bu layihədə “Ən yaxşı teatr və kino aktyoru” nominasiyasının qalibi olub və “Diplom”la təltif edilib.
Teatrda yeni tamaşa - “Tənbəl Əhməd”
İyun ayının 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası olacaq. Oİlaylar.az bildirir ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır.
Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Olaylar.az bildirir ki, teatr 8 iyun saat 19:00-da “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), 9 iyun saat 19:00-da “Qızıl toy” (O.Kazımi, R.Heydər) və 10 iyun saat 19:00-da “Baladadaşın toy hamamı” (Elçin) tamaşalarını təqdim edəcək.
Cümhuriyyətin 100 illiyinə həsr edilən “Birinci dubldan” təqdim edildi
Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Birinci dubldan” (“S pervoqo dublya”) sənədli filminin təqdimatı olub. Filmin ssenari müəllifi və rejissoru Oleq Şommer, baş prodüseri Leyla Əliyevadır. Olaylar.az bildirir ki, filmin nümayişindən əvvəl çıxış edən Oleq Şommer bu ekran əsərini təqdim etməkdən böyük şərəf duyduğunu bildirib.
Gənc Tamaşaçılar Teatrına yeni direktor təyin olundu
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində kadr islahatları aparılır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov tutduğu vəzifədən azad olunub.
Sofa Bəsirzadənin 100 illik yubileyi qeyd olunacaq
İyunun 8-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçiriləcək. Olaylar.az bildirir ki, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı keçiriləcək. Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılacaq, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunacaq.
"Təhminə və Zaur"un premyerası olacaq
“Diriliş Ertoğrul”un aktyoru Bakıda
“Diriliş Ertoğrul” serialının Bahaduru Ərtoğrul Postoğlu həyat yoldaşı İlkay Özdin Postoğlu ilə birgə Bakıya gəlib. Olaylar.az bildirir ki, cütlük Musiqili Teatrın qonağı olub. Aktyor teatrla tanış olduqdan sonra təəssüratlarını bölüşüb:
Teatr növbəti Beynəlxalq Festivalda iştirak edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı teatr mövsümündə növbəti dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır. Olaylar.az bildririr ki, “Vidlunya” Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov iyun ayının 5-dən 16-dək Ukrayna Respublikasının Xmelnitski və Çerniqov şəhərlərində keçiriləcək “Vidlunya” adlı XX Beynəlxalq Monodram teatr festivalında P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Festival çərçivəsində aktyor və rejissor sənətinə dair treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri keçiriləcək.
Hüseyn Cavidin “Ana” pyesi Gənc Tamaşaçılar Teatrının səhnəsində
İyunun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində teatrın yaradıcı heyəti böyük şair və dramaturq Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim ediblər. Olaylar.az bildirir ki, əhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.














