Teatr və kino

Mövsümün son premyerası

6 İyul 2018 08:14

86-cı teatr mövsümündə tamaşaçılarını növbəti premyera ilə sevindirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə onların sehrli Şərq nağıllarına səyahətə səsləyir. Olaylar.az bildirir ki, teatr repertuara “Min bir gecə” nağıllarından tanıdığımız “Əlibaba və qırx quldur”u daxil edib.

“Yuğ” Teatrında yeni tamaşa

5 İyul 2018 07:56

“Yuğ” Dövlət Teatrı mövsümə iyulun 15-də A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif” tamaşası ilə yekun vuracaq. Rejissor Günay Səttarovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar Artist Vüqar Camalzadə, rejissor assistenti Sabir Məmmədovdur.

Yeni tamaşanın məşqlərinə başlanıldı

4 İyul 2018 08:13

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin 3-cü rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına başlanılıb. Olaylar.az bildirir ki, iyulun 3-də tamaşanın ilk məşqlərinə start verilib və səhnə həlli ilə bağlı yaradıcı heyətlə müzakirələr aparılıb.

Teatrda premyera - “Öldürsənə məni, Caniko” 

3 İyul 2018 06:26

İyulun 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək. Olaylar.az bildirir ki, tamaşada Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev rol alıb.

"Əsli və Kərəm" açıq havada nümayiş olundu

3 İyul 2018 06:23

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Şəkidə qastrol səfərində olub. Kollektiv "İpək yolu" IX Beynəlxalq musiqi festivalı çərçivəsində Üz.Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşası ilə çıxış edib. Olaylar.az bildirir ki, çox böyük uğurla keçən tamaşa Şəkidəki Yuxarı Karvansaray abidə kompleksində açıq havada baş tutub. Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib. Quruluşçu rejissor Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, xormeyster Sevzixan Serderovdur.

“Manqurt” tamaşası təqdim olundu

2 İyul 2018 08:08

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşası təqdim olunub. Olaylar.az bildirir ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Eçin Həmidov  yad ediləcək

30 İyun 2018 07:59

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, iyul ayının 1-də saat 19:00-da Üzeyir Hacıbəyovun “Ər və arvad” iki hissəli musiqili komediyasının növbəti nümayişi Respublikanın Əməkdar artisti, mərhum aktyor Elçin Həmidovun 60 illik yubileyinə həsr olunacaq. Olaylar.az bildirir ki, tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı aktyorun yaradıcılıq yolu barədə çıxış edəcək.

Mövsümə “O olmasın, bu olsun”la yekun vurulacaq

29 İyun 2018 09:47

Azərbaycan Dövlət Musiqili Teatrı iyul repertuarını açıqlayıb Olaylar.az  repertuarı təqdim edir: 1 iyul - Ü.Hacıbəyli. “Ər və arvad” 6 iyul - Ü.Hacıbəyli. “Arşın mal alan” 7 iyul - Ə.Əmirli. “Nuri-didə Ceyhun”

“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri”

27 İyun 2018 12:34

“Euvroimage” nəyə xidmət edir? “Euvroimage” Avropa Şurasının mədəni dəstək fondudur. 1989-cu ildə qurulan fond hazırda 37-i Avropa ölkəsinin, eləcə də Kanadanın üzvlüyünü özündə birləşdirir. Fond uzunmüddətli bədii, animasiya, sənədli filmlərə maliyyə dəstəyi ayırmaqla yanaşı, onların ortaq istehsalını təşkil edir, yayılmasını və nümayişini həyata keçirir.

Musiqili Teatrda həftəsonu

21 İyun 2018 15:28

Olaylar.az  bildirir ki, Musiqili Teatrda iyunun 21-də “Nuri- didə Ceyhun” (Ə.Əmirli), 23-də milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” (Ə.Səmədli), 24-də isə F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında "999-cu gecə” tamaşaları təqdim ediləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Musiqili Teatrda həftəsonu

14 İyun 2018 11:48

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Olaylar.az bildirir ki, Musiqili Teatr iyunun 15-də “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev), 16-da “Hacı Qara” (M.F.Axundzadə), 17-də isə “Talelər qovuşanda” (R.Hacıyev, E.Ocaqov, F.Zöhrabov) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq. Teatr kollektivi iyunun 14-də saat 10:30-da “Qoğalın sərgüzəştləri” (Rus xalq nağılı) tamaşası ilə rusdilli balaca teatrsevərlərin görüşünə gələcək.