“Kuruluş Osman”da Şuşadan danışıldı - VİDEO
20 May 2022 18:32 Teatr və kinoTürkiyənin reytinqli seriallarından biri "Kuruluş Osman"da növbəti dəfə Azərbaycanla bağlı səhnəyə yer verilib.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, ekran işinin ötən həftəki bölümündə Burak Özçivitin canlandırdığı Osman bəy Şuşanın adını çəkir.
O, başına toplaşan əsgərlərinə "Şərqdəki Şuşa da bizimdir" sözlərini deyir.
Qeyd edək ki, serialda həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31