Sosial

8 qat Azərbaycan çempionu bıçaqlandı

4 Yanvar 2018 11:10

Azərbaycanda tanınmış idmançı bıçaqlanıb. Hadisə Ağcabədi rayonunda baş verib. Bıçaqlanan şəxs isə KEMPO idman növü üzrə 8 qat Azərbaycan çempionu və bir sıra beynəlxalq yarışların qalibi Ceyhun Niyazovdur. Məlumata görə,hadisə Ceyhun Niyazova məxsus "CFC" çay evində baş verib. Gecə saatlarında çay evinin qarşısından keçən zaman kənar şəxsin içəridə olduğunu görən idmançı mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb. Yerli sakinlərin saytımıza verdiyi məlumata görə, idmançını bıçaqlayan şəxs Cəlil Əsədovdur.Onun narkomaniyadan əziyyət çəkdiyi qeyd olunur.

Millət vəkili seçiciləri ilə görüşdü

4 Yanvar 2018 10:48

Şamaxının millət vəkili Elxan Süleymanov bölgədəki qərargahında Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş bədii qiraət müsabiqələrinin qalibləri və son illər ərzində yüksək balla ali məktəblərə daxil olmuş şamaxılı gənclərlə görüş keçirib. Olaylar.az bildirir ki, şagird və tələbələrə özünün təsis etdiyi təqaüdü təqdim edən Elxan Süleymanov gəncləri Yeni ilin gəlişi münasibətilə təbrik edib, onların problem və qayğıları ilə maraqlanıb.

Həbsdə olan məmur və sahibkar övladları - Siyahı

4 Yanvar 2018 09:29

Qanun hamı üçün qanundur. Hər bir vətəndaş etdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Bu qanun eləcə də vəzifəli şəxslərə, iş adamlarına və onların övladlarına da aiddir. Maraqlıdır ki, son illər ölkədə həbs həyatı görmüş, indi də dustaq olan vəzifəli şəxslərin, iş adamlarının uşaqlarının sayı artır. Onların əksəriyyəti törətdikləri avtomobil qəzaları və ya avtoxuliqanlığa görə həbs olunublar.

Bürclər: 4 Yanvar

4 Yanvar 2018 07:58

MEK əməkdaşları Türkiyənin bir sıra kitabxanalarda olublar

3 Yanvar 2018 19:26

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) əməkdaşlarının Türkiyə səfəri ilə bağlı hesabat təqdimatı keçirib. Hesabatı kitabxananın İstanbul şəhərinə ezam edilmiş əməkdaşları – MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, MEK İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova və həmin şöbənin baş mütəxəssisləri Dürdanə Ağayeva, Günay Məmmədova təqdim ediblər.