MEK əməkdaşları Türkiyənin bir sıra kitabxanalarda olublar
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) əməkdaşlarının Türkiyə səfəri ilə bağlı hesabat təqdimatı keçirib. Hesabatı kitabxananın İstanbul şəhərinə ezam edilmiş əməkdaşları – MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, MEK İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova və həmin şöbənin baş mütəxəssisləri Dürdanə Ağayeva, Günay Məmmədova təqdim ediblər.
3 Yanvar 2018 19:26 SosialAMEA Mərkəzi Elmi Kitabxanası (MEK) əməkdaşlarının Türkiyə səfəri ilə bağlı hesabat təqdimatı keçirib. Hesabatı kitabxananın İstanbul şəhərinə ezam edilmiş əməkdaşları - MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, MEK İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova və həmin şöbənin baş mütəxəssisləri Dürdanə Ağayeva, Günay Məmmədova təqdim ediblər.
Təqdimatda İstanbul şəhər kitabxanaları və ictimai qurumlar ilə baş tutmuş görüşlərin nəticələri, əldə edilmiş tətbiqi və nəzəri informasiyaların, fikir və təklif mübadilələrinin ümumi təsəvvürü canlandırılıb. Türkiyənin İstanbul Orxan Kamal Xalq Kitabxanası, Süleymaniyə Əlyazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İslam Araşdırmaları Mərkəzi (İSAM) Kitabxanası, Bəyazit Dövlət Kitabxanası, Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzeyi Kitabxanası və İstanbul Azərbaycan Kültür Evi dərnəyində olan MEK əməkdaşları ziyarət etdikləri hər bir qurum haqqında ətraflı bilgilər veriblər. Slayd üzərindən təqdim edilən məlumatlarda adı çəkilən kitabxanaların tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təhcizatı, mövcud imkanları barədə danışılıb, maraq çəkən cəhətləri qeyd olunub.
Ziyarət əsnasında MEK əməkdaşları Mərkəzi Elmi Kitabxananın çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları, həyata keçirdiyi layihə və təşəbbüslər haqqında İstanbullu həmkarlarına geniş məlumat verib, kitabxanaların hər birinə Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini və qədim tarixini əks etdirən kitablar bağışlayıblar.
Kitabxanaları ziyarət etdikdən sonra MEK əməkdasları "İstanbul Azərbaycan Kultur Evi"nə bas cəkib, dərnəyin işi ilə yaxından tanıs olublar. Kultur Evinin başqanı Hikmət Elp əməkdaşlara dərnəyin nəzdində fəaliyyət göstərən "Azərbaycan Kultur Evi Yayınları" nın nəşrlərindən ibarət kitabları təqdim edib.
Təqdimatın sonunda geniş müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları müqayisəli təhlillər əsasında cavablandırılıb.