Sosial

Firdovsi Əliyev: "Alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə üzvü olduqları klub məsuliyyət daşıyır"

9 Yanvar 2018 15:52

"İtkin düşən alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə bilavasitə onların üzvü olduqları klub məsuliyyət daşıyır". Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev  itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib.

150 minə maşın nömrəsi satılır - Siyahı

9 Yanvar 2018 15:43

Bakıda 150 min manata avtomobil nömrəsi satılır. Alqı-satqı saytlarında olduqca yüksək qiymətə maşın nömrələri təklif edilir. Belə nömrələrin həddən artıq baha olması diqqət çəkir. Satışa çıxarılan 10 DD 888 dövlət qeydiyyat nömrəsi 150.000 manata təklif edilir.

Nazir müavini: "Axtarışlar alpinistlər tapılana kimi davam etdiriləcək"

9 Yanvar 2018 15:42

"Fövqəladə hallar naziriKəmaləddin Heydərovun tapşırığı var. İtkin düşən 3 alpinist tapılana kimi axtarışlar davam etdiriləcək. Bu məsələ konkretdir". Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib.

İki antologiyaya bir baxış

9 Yanvar 2018 15:24

Dünyanın yaşını, tarixini, mədəniyyətini öyrənmək üçün qədimdən bu yana köməyimizə həmin dövrün qələm əhli, elm əhli yetişir – onlar,milyardlarla insanlar arasında ölməzlik qazanmış az sayda sağ qalanlardı.

Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilir

9 Yanvar 2018 14:56

Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı ilə əlaqədar yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilir.

Ərəb oteldə üç fahişənin əhatəsində öldü

9 Yanvar 2018 14:45

Yanvarın 8-də Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib.“Olaylar” xəbər verir ki, insident Zərdabi küçəsində yerləşən “Oriva” hotelinin 311 nömrəli otağında baş verib.

İntihar etdiyi deyilən şair sağdır? - Dənizdən çıxan meyit onun deyil

9 Yanvar 2018 14:40

Dənizdən çıxarılan meyit intihar etdiyi deyilən Məlik Cahangirovun deyil.  Bu barədə açıqlamasında Məlikin bibisi oğlu Xəyal Kərimov deyib. Onun sözlərinə görə, axtarışlar hələ də davam edir: "Dünən gecədən axtarırlar. Məlikin ailə üzvləri, qohumları da buradadırlar. Hələ də ümidimiz var ki, intihar etməyib, sağdır, özünü dənizə atsa da, başqa yerdən sağ-salamat çıxıb, harasa gedib. Gözləyirik".

Bakıdakı avtobusda daha bir biabırçılıq VİDEO

9 Yanvar 2018 14:36

Xəbər verdiyimiz kimi, ötən həftə Zığ şossesində ağır yol qəzası baş verib. Belə ki, hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub. Nəticədə, 12 nəfər xəsarət alıb.

Yol polisindən sürücülərə xəbərdarlıq

9 Yanvar 2018 14:34

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda gözlənilən yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.“Olaylar” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, sürücülər havanın yağışlı və sulu qarlı olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır. V.Əsədov bildirib ki, ümumiyyətlə bütün avtomobillər qış rejiminə hazır olmalıdır: “Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər”.

Saxta sənədlə Londona uçmaq istəyən İran vətəndaşları saxlanıb

9 Yanvar 2018 14:23

Saxta sənədlə Bakıdan Londona uçmaq istəyən iranlı ana və qızı aeroportda tutulub. Dövlət Sərhəd Xidmətindən “Olaylar”a verilən məlumata görə, bu il yanvarın 4-də həyata keçirilmiş tədbirlər nəticəsində sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroporunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniya getmək istəyən 30.06.1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı 22.12.2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıblar.

Yeni ilin ilk hərracı keçirildi- 21 dövlət əmlakı özəlləşdirildi

9 Yanvar 2018 14:10

Yanvarın 9-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda ən son ­­31 min 150 manat təklif edilib. Paytaxtın Nərimanov rayonunda yerləşən sahəsi 40 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib.

Nazirlik qartalın müalicəsini diqqətdə saxladı

9 Yanvar 2018 14:07

Masallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanov tərəfindən ona məxsus otlaq sahəsində yaralı halda tapılan qartal Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən sözügedən quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.

Keçən il “Azəriqaz” İB “ASAN” xidmət vasitəsi ilə 262 666 istehlakçıya xidmət edib

9 Yanvar 2018 13:53

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək verilir

9 Yanvar 2018 13:52

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyadan biznesə” gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi adlı layihənin təlimlərinə yekun vurulub.

Dələduzluqla mülki öhdəlik arasında fərq nədən ibarətdir?

9 Yanvar 2018 13:32

Son illərdə ölkədə dələduzluq cinayətlərinin törədilməsi hallarında artım müşahidə olunur. Hazırda ibtidai araşdırma (təhqiqat və istintaq) orqanları və məhkəmələrin icraatında olan işlərin böyük əksəriyyəti dələduzluq cinayəti ilə bağlıdır.