Sosial
6 saylı avtobusun hərəkət sxemi dəyişdi
6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən “OLAYLAR”-a bildirilib ki, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.
I yarımil üzrə yekun qiymətləndirmə başlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirməyə başlanılıb. İdarədən “OLAYLAR”-a bildirilib ki, böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Bakıda yaşayış binasında yanğın olub
Bakıda yanğın hadisəsi qeydə alınıb. “Olaylar”ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində sayğac və 30 p.m elektrik kabeli yanıb.
Elektrik cərəyanla balıq tutmaq istədi, özü öldü
Salyanda balıq tutan şəxsi elektrik cərəyanı vurub öldürüb.“Olaylar” xəbər verir ki, Lənkəran sakini 1980-ci il təvəllüdlü Azər Məlikəjdər oğlu Əkbərov Salyan rayonu Şorsulu kəndi ərazisində kanaldan balıq tutarkən elektrik cərəyanı onu vurub öldürüb.Faktla bağlı araşdırma aparılır.
Evlənmək istəyən 14074 nəfərdə talassemiya, 1333 nəfərdə sifilis, 282 nəfərdə QİÇS aşkarlanıb
Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi müayinədən 364 284 nəfər keçib.
DİQQƏT: Bakıda təcrübəsi olmayan həkimlər öd əməliyyatı edir
“Çox təəssüflər olsun ki, bizə son zamanlar öd yollarının yaralanması şikayəti ilə çox xəstələr müraciət etməyə başlayıb. Bu, Bakıda təcrübəsiz həkimlərin nəyinsə xatirinə öd kisəsi əməliyyatlarının etməsinin nəticəsidir”. Bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.
Mingəçevirdə MÜƏMMALI ÖLÜM - 26 yaşlı gənc...
Qobustan sakini Mingəçevirdə kirayədə qaldığı mənzildə ölü vəziyyətdə aşkar edilib. Hadisə gecə saatlarında, şəhərin Şah İsmayıl Xətai küçəsi 15 ünvanında qeydə alınıb.
Xəzərdə zəlzələ
Xəzər dənizində zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.














