Sosial

31 dərəcə isti - HAVA PROQNOZU

26 Sentyabr 2019 14:59

Sürücülərin komfort həyatı- gözündə eynək, qulağında telefon, əlində siqaret, böyründə "Çiko

26 Sentyabr 2019 13:59

Ölkənin ictimai nəqliyyatında ciddi islahatların aparılmasına baxmayaraq hələ də xeyli sayda problemlər yaşanmaqdadır. Hazırda ən çox müşahidə olunan problemlərdən biri də sürücü özbaşnalığı ilə bağlıdır. Son zamanlar sürücülərlə sərnişinlər arasında yaranan qalmaqallarla bağlı çoxsaylı video görüntülərin ortaya çıxması dediklərimizi bir daha təsdiq etmiş olur. İctimai nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunması bir yana, buna irad bildirən sərnişinlər sürücülər tərəfindən təhqir olunurlar.

Dürüst və vicdanlı olmağın mükafatı...

26 Sentyabr 2019 12:39

1993-cü ilin dekabrı idi, “Neftçilər” metrostansiyasında qatara minib “Sahil”ə gedəcəkdim. Bir də gördüm ki, adamlar, əsasən də tələbələr mənə tərəf baxıb pıçıldaşırlar. Dərhal hiss etdim ki, baxışlar məni aşır, geriyə çevrildim, gördüm, Vurğun Əyyub məndən bir-iki metr aralıda durub, qatar gözləyir.

İsmayıl Şıxlının 100 illik yubiley tədbirləri keçirilib

26 Sentyabr 2019 12:12

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib. “OLAYLAR” xəbər verir ki, təhsil müəssisələrində azərbaycanlı nasir, ədəbiyyatşünas, yazıçı, publisist İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş mühazirə, disput, “Dəyirmi masa”, seminar və ədəbi-bədii gecələr təşkil edilib. Eləcə də təhsil müəssisələrində yazıçıya həsr olunan fotostendlər, bülletenlər hazırlanıb, guşələr yaradılıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Məktəb kitabxanalarında İsmayıl Şıxlının əsərləri əsasında müzakirələr aparılıb.