Avtomobildə 1800 ədəd "Marlbro Filter Plus" siqareti aşkarlanıb
Avtomobildə 1800 ədəd "Marlbro Filter Plus" siqareti aşkarlanıb
3 Oktyabr 2019 15:07 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Opel Astra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Nəqliyyat vasitəsinin yoxlanması zamanı salonda oturacaqların içərisində və arxa yük bölməsində örtüyün altında gizlədilən 1800 ədəd "Marlbro Filter Plus" markalı siqaret və üzərində "Nemiroff Original" yazılan 4 ədəd 1 litrlik spirtli içki aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31