Sosial

Dillər Universitetində Avropa Dilləri günü qeyd olunub

26 Sentyabr 2019 16:44

Sentyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Avropa Dilləri günü münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir gənc və yaşlı insanlarda dil öyrənməyi və ya mövcud dil bilikləri ilə xüsusi qürur duymağı aşılamaq, insanların bir sıra dilləri öyrənmələrinin asanlaşdırılması və təbliği üçün müvafiq təşəbbüsləri dəstəkləmək məqsədilə təşkil olunub. Avropa İttifaqı Nümayəndəliyinin Azərbaycandakı rəhbərinin müavini Denis Daniilidis, Macarıstanın Fövqəladə və Səlahiyyətli səfiri Viktor Sederkenyi, Rumıniyanın Fövqəladə və Səlahiyyətli səfiri Dan İanku, Xorvatiyanın Fövqəladə və Səlahiyyətli səfiri Branko Zebiç, Türkiyə Cümhuriyyəti səfirinin birinci müavini Barış Saygın, Yunanıstanın Azərbaycandakı Missiya başçısının müavini, Baş konsul Foteyni Karakatsani və səfirliyin əməkdaşı Mariya Delaki, Belçika Krallığının Missiya başçısının müavini Denis Naets, Serbiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan Respublikasının İndoneziyada və Hindistanda səfiri olmuş İbrahim Hacıyev və ölkənin digər ali məktəblərinin nümayəndələri tədbirdə qonaq olublar.

Yetkinlik yaşına çatmayanlara alkoqollu içki satan cərimələnib

26 Sentyabr 2019 15:47

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilmişdir. Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur. Bu istiqamətdə reydlər davam etdirilir.