Bakıda icra başçısının tikdirdiyi yaşayış binası yanır – FOTOLAR 


Bakıda yaşayış binası yanır.

Yanğın Nizami rayon Naxçıvanski küçəsi, Bakcell Arena stadionunun qarşısındakı 8 a nömrəli binanın 9- cu mərtəbəsində baş verib. Yanğın digər mərtəbələrə də sıçrayıb. Hazırda binada yanğın davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın baş verən ərazidədir. Lakin kran lazım olduğu üçün hələ də yanğının qarşısını almaq mümkün olmayıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə Cəfərova Ruhəngiz adlı qadın tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, durumu ağırdır.

Qeyd edək ki, bina Gəncənin hazırkı icra başçısı Niyazi Bayramova məxsus MTK tərəfindən tikilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31