Binəqədidə avtomobil qaz xəttini zədələyib
Binəqədidə avtomobil qaz xəttini zədələyib
4 Oktyabr 2019 11:24 SosialDünən gecə saatlarında "Azəriqaz" İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən "korpus 124" ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub. "OLAYLAR"-a İstehsalat Birliyindən daxil olan məlumatda bildirilib ki, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar. Qeyd edək ki, xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31