Vüsal Hüseynov Beynəlxalq Antikorrupsiya Akademiyasının sessiyasıa qatılıb

Vüsal Hüseynov Beynəlxalq Antikorrupsiya Akademiyasının sessiyasıa qatılıb

02-04 oktyabr 2019-cu il tarixlərdə Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində "Beynəlxalq Antikorrupsiya Akademiyası" (BAKA) Üzv Dövlətləri Assambleyasının 8-ci sessiyası, eləcə də Akademiyanın İdarə Heyətinin növbəti iclası keçirilir. Təşkilatın ümumi siyasətinin, habelə maraq doğuran digər məsələlərin müzakirə olunduğu İdarə Heyətinin iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi, lll dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İdarə Heyətinin üzvü qismində iştirak etmişdir. İclasda təşkilatın gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilmiş, həmçinin "Beynəlxalq Antikorrupsiya Akademiyası"nın dekanı vəzifəsinə seçkilərə dair fikir mübadiləsi aparılmışdır. Dövlət Miqrasiya Xidmətindən "Olaylar"a bildirilib ki, BAKA-nın İdarə heyətinin iclasından sonra təşkilatın Üzv Dövlətlərin Assambleyasının 8-ci sessiyası öz işinə başlamışdır. Sessiyada Azərbaycan Respublikasını Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi və tərkibinə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərovun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilat və informasiya təminatı idarəsinin rəisi Səbuhi Alıyevin daxil olduğu nümayəndə heyəti təmsil edir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov sözügedən sessiyanın yüksək səviyyəli seqmentində çıxış edərək, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və dövlət proqramları barədə ətraflı məlumat verib. V.Hüseynov Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu, beynəlxalq təcrübə nəzərə alınaraq güclü antikorrupsiya qanunvericilik bazasının formalaşdığını, mütəmadi olaraq korrupsiyaya qarşı mübarizəyə dair mühüm institusional tədbirlərin və islahatların həyata keçirildiyini qeyd edib. Xidmət rəisi çıxışında Azərbaycanla BAKA arasında mövcud olan əməkdaşlığın istiqamətləri barədə də məlumat verib. V.Hüseynov tədbirin üzv ölkələr arasında əməkdaşlığı təşviq etmək, qurumun son sessiyadan bəri fəaliyyətini nəzərdən keçirmək, həmçinin qlobal antikorrupsiya fəaliyyətindəki rolunu və perspektivlərini müzakirə etmək üçün yaxşı fürsət olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31