Sosial

İşğal olunmuş ərazilərdə törədilən ağır ekoloji cinayətlərə son qoyulmalıdır

27 Oktyabr 2020 14:31

Təcavüzkar Ermənistan uzun illər Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlamaqla beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilən bu ərazilərdə qanunsuz fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi, narkotik vasitələrin əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olub.

Müddətli həqiqi hərbi xidmətdə olanlara tibbi yardım dövlət hesabına göstəriləcək

27 Oktyabr 2020 12:54

 Hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət hesabına tibbi yardım göstəriləcək.

Sabah hava necə olacaq?

27 Oktyabr 2020 12:53

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Mərkəzi Bankın səlahiyyətləri Artırılır

27 Oktyabr 2020 12:51

Azərbaycan Mərkəzi Bankına (AMB) yeni səlahiyyət verilir. “Olaylar” xəbər verir ki, yeni səlahiyyət "Tibbi sığorta haqqında” qanun layihəsində əksini tapıb.