“Yeni nəfəs” layihəsi çərçivəsində bu günədək 1000 ağac əkilib
12 Sentyabr 2024 15:13 Sosial"ASAN xidmət"in Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə reallaşdırdığı "Yeni nəfəs" adlı ekoloji-sosial layihə başa çatıb.
Layihə çərçivəsində bu günədək 1000 körpənin adına ağac əkilib və onların valideynlərinə "Yaşıl Gələcək" sertifikatı təqdim olunub.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində baş tutan layihənin məqsədi ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirməyə diqqətin artırılmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31