Nikahdankənar doğulan uşaqların sayı artır- ÖZƏL

"Nikahdankənar doğulan uşaqların sayı artır". "Olaylar" xəbər verir ki, bunu  "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib: "Bunun səbəbi yalnız erkən nigahdırmı? Yoxsa başqa amillərdə var? 2021-ci ildən  rəqəmlərdə yenidən artım başlayıb. Həmin ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib. Bu da diri doğulan uşaqların 15%-ni təşkil edib. Yəni 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb". 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31