Küləkli hava sentyabrın 14-dək davam edəcək - XƏBƏRDARLIQ

Sentyabrın 12-si gündüzdən 14-ü gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Olaylar-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Ordubad, Babək, Gəncə, Samux, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Goranboy, Naftalan, Şirvan, Sabirabad, Mingəçevir, Daşkəsən, Zaqatala, Qax, Balakən, Şəki, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Bərdə, Yevlax, Beyləqan, Füzulidə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31