Bu universitetlərlə bağlı da yeni qərarlar verildi

Azərbaycanda daha 5 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

Olaylar xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərarlar imzalayıb.

Qərarlara əsasən, Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

Qeyd edək ki, bu gün səhər Baş nazir 4 universitetlə bağlı yeni qərarlar verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31