DOST mərkəzlərində 2,8 milyondan çox vətəndaşa xidmət göstərilib- ÖZƏL
9 Avqust 2024 13:20 SosialDOST mərkəzlərində ötən dövrdə 2,8 milyondan çox vətəndaşa xidmət göstərilib. "Olaylar" Əməmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,2 faiz təşkil edir. "DOST Çağrı Mərkəzi 142" tərəfindən isə ötən dövr ərzində 6 milyona yaxın vətəndaş müraciəti cavablandırılıb.
Xatırladaq ki, hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Ümumilikdə 17 yeni Regional DOST Mərkəzinin, 55 DOST filialının yaradılması nəzərdə tutulur.
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31