Telefon danışıqlarının dinlənilməsinin əlamətləri açıqlanıb- ÖZƏL

Telefonun sürətlə qızması, zəng zamanı səs-küy və ya əks-səda, həmçinin mobil trafik istehlakının yüksək olması mobil telefonun dinlənilməsinin əlamətləridir. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin üzvü Anton Nemkin məlumat verib.

Parlamentari qeyd edib ki, telefon dinləməsinin olub-olmadığını yoxlamaq şəxsi məlumatların məxfiliyini və təhlükəsizliyini təmin etmək üçün ciddi addımdır. Buna görə də diqqət etməli olduğunuz ilk şey telefonun qeyri-adi davranışıdır.

"Telefonunuzun enerjisi adi haldan daha tez bitir, tez-tez qızır və ya zənglər zamanı qəribə səslər və əks-sədalar hiss edirsinizsə, bu, casus proqram təminatının mövcudluğunu göstərə bilər", - deyə Anton Nemkin izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31