Milli Qəhrəman Natiq Qasımovun anasına ev verildi (FOTO)
25 İyul 2024 14:13 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ev verilib.
Olaylar xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.
O qeyd edib ki, ikiotaqlı, tam təmirli mənzil D.Qasımovaya təqdim edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31