"Saat 15:00-dan 17:00-dək..." - Naxçıvan əhalisinə XƏBƏRDARLIQ!
23 İyul 2024 11:23 SosialBu gün Naxçıvan şəhərinin bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, bu gün şəhərin Həsən Əliyev, İslam Səfərli və Nizami Gəncəvi küçələrində (Ədliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin inzibati binasının və 4 nömrəli tam orta məktəbin ətrafındakı məhəllələrdə) elektrik enerjisinin verilişində saat 15:00-dan 17:00-dək fasilələr yaranacaq.
Qeyd edək ki, fasilə yeni yüksəkgərginlikli elektrik xətlərində aparılan köçürmə işləri ilə əlaqədardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31