I və IV qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
22 İyul 2024 12:10 Sosialİyulun 14-də I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib.
Bəs imtahan nəticələri nə vaxt açıqlanacaq?
Dövlət İmtahan Mərkəzindən (DİM) Olaylar.az-a verilən məlumata görə, cavablar imtahandan iki həftə sonra elan olunur. Mərkəzdən bildirilib ki, nəticələrin ayın sonuna kimi açıqlanması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31