Ölkədə süd vəzi xəstəliklərinin sayı artıb- ÖZƏL

"Son ayların statistikası göstərir ki, ölkəmizdə süd vəzi xəstəlikləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Bu xəstəliyə düçar olan qadınlar coxalir. Həkimlər bacardıqca əhalini maarifləndirsələr də süd vəzinin bu və digər formalarında vəziyyətini kritik həddə çatdıran xəstələrin sayı azalmır". "Olaylar" xəbər verir ki, bunu psixoloq Ramil Nəcəfli deyib: "Bu sahədə görüşüb söhbət etdiyim uzman cərrah transplantoloq Ceyhun İsayev də ona müraciət edən xəstələrin yarıdan çoxunun süd vəzi xəstəliyindən şikayət edən xəstələr olduğunu bildirdi. Yeri gəlmişkən, mötəbər elmi mənbələr də təsdiq edir ki, insanlarda getdikcə artan aqressiya, əsəb, kin, nifrət, basdırılmış duyğular, qəzəb, gerginlik halları onkoloji xəstəliklərə, o cümlədən süd vəzilərində xərçəng önü və xərçəng riskinə səbəb olur. Söz yox ki, tibbdə əsasən digər başqa faktorlar, ekologiya, qida, həyat tərzi, genetika önə çəkilir. İstənilən halda psixoloji müqavimətin güclü olması immuniteti gücləndirir. Bu da xəstəliyə qarşı insanı dözümlü hala gətirir. Sakitlik, rahatlıq isə heç də maddi zənginliklə yox beyində, düşüncə tərzində baş verir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31