Mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən kənar ərazilərdə baş verib - Vüqar Süleymanov

Mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə baş verib.

Olaylar.az xəbər ki, bu sözləri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib.

"İşğaldan azad olunmuş ərazilərin necə sürətlə bərpa olunduğunu görürük. Agentlik də həmin işlərin daha sürətli getməsi üçün əlindən gələni edir. Tədqiqatlar onu göstərir ki, mina hər yerdə var. Mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə baş verib. Bu o deməkdir ki, məntiqsiz olaraq hərbi əməliyyatların aparılmadığı hallarda da minalar basdırılıb", - deyə V.Süleymanov qeyd edib.

Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu günə qədər 148 min hektardan cox ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib:

"124 min ədəddən artıq mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31