Böyük Bəhmənli kəndində Şəhidlər Abidəsi ucaldılacaq- ÖZƏL
18 İyul 2024 10:03 SosialVətən müharibəsində ən çox şəhid verən kəbdlərdən olan Füzuli rayonunun Böyük Bəhmənli kəndində Şəhidlər Abidəsi ucaldılacaq. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib: "Füzuli rayonu Böyük Bəhmənli kəndində Rayon İcra Hakimiyyəti ilə birlikdə yenidən qurmağa başladığımız Şəhidlər Abidəsinin tikintisi ilə bağlı müzakirələr apardıq. Artıq işlərin birinci fazası başa çatıb. Abidənin qurulmasına göstərdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyasına (ABA) bir daha təşəkkürümüzü bildiririk. Yaxın zamanlarda abidənin tam hazır olacağı gözlənilir. Xatırladım ki, Böyük Bəhmənli Azərbaycanda ən çox şəhidi olan kəndlərimizdəndir. Şəhidlərimizi qürurla anırıq və hər zaman anacayıq. Allah bütün şəhidlərimizə rəhmət etsin".
Alim Hüseynli
Olaylar.az