“Polad Bülbüloğlu ilə bağlı yayılan video saxtadır”
17 İyul 2024 18:39 SosialSosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı videomüraciət yayılıb.
Olaylar.az xəbər verir ki, "Qafqazinfo"ya Azərbaycanın Rusiyadakı diplomatik missiyasından verilən məlumata görə, görüntülər həqiqəti əks etdirmir.
"Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, "deep-fake" texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir. Bu video ilə bağlı tədbir görüləcək",- nümayəndəlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31