Bakının üç rayonunda qaz olmayacaq
16 İyul 2024 10:06 SosialXətai rayonunda orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Səbail rayonunda istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması, Xəzər rayonunda isə qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 16.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan Olaylar.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonunun M. Hadi və X.Məmmədov küçələrinin, Səbail rayonunun Y.Bədəlov və Nestrov küçələrinin, Xəzər rayonunun isə Stansiya Qala yaşayış massivinin, Daxili Qoşunların ətraf hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31