"MİDA" qaydaları POZDU

Polis tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda keçirilən tədbir zamanı Hövsan qəsəbəsi, "MİDA-2" yaşayış kompleksi ərazisində tullantıların qalaqlanması və yandırılması aşkar edilib.

Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə əraziyə cavabdeh olan QSC barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31