İbrahim Tatlısesin xəstəxanadan buraxılması görüntüləri – VİDEO
15 İyul 2024 18:37 SosialTürkiyəli müğənni İbrahim Tatlıses keçirdiyi ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.
Olaylar.az bizim.media-ya istinadən bildirir ki, çıxışda jurnalistlərin suallarını cavablandıran 72 yaşlı sənətçi səhhəti ilə bağlı açıqlama verib.
"Özümü əla hiss edirəm. Allah bitdi demədikcə bitməz", - o bildirib.
Qeyd edək ki, sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31