Daha 3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı
15 İyul 2024 17:45 SosialBu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərində Müasir Müsavat, Azərbaycan Demokratik Maarifçilik və Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.
Olaylar.az-ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31