Yeni Şuşanın köhnə ab-havası - VİDEO
15 İyul 2024 17:20 SosialŞuşaya qayıtmış Elşən Əliyev pedaqoji fəaliyyətini burada davam etdirəcək.
Şəhərin yeni simasını da bəyənir, yeni yaşayış məhəlləsindəki mənzilini də... Üstəlik, təzə qonşular köhnə Şuşanın ab-havasını bərpa etməyə çalışırlar. Elşən müəllimin qayıdış sevincini bölüşdüyü videoçarxı təqdim edirik.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31