"Cavanşir" körpüsü 3 ay ərzində istifadəyə veriləcək - RƏSMİ
15 İyul 2024 14:52 SosialXəbər verdiyimiz kimi, 20 may tarixindən etibarən təmir-tikinti işləri ilə əlaqədar "Cavanşir" körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bəs, körpü nə vaxt istifadəyə veriləcək?
Olaylar.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Metbuat.az-a bildirib ki, hazırda təmir-tikinti işləri davam etdirilir.
"Artıq körpü sökülüb. Ərazidən söküntü materialları çıxarılıb. Torpaq yatağı işlənəcək. Təqribən 3 ay ərzində körpünün istifadəyə veriləcəyi planlaşdırılır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31