“Saxta psixoloqlar gələcəyimizi məhv edir”-Deputat
13 İyul 2024 10:33 SosialMillət vəkili Jalə Əhmədovanın iştirakçılığı ilə İDDO Psixi Sağlamlıq Proqramının komandası 2 saylı klinik psixiatriya xəstəxanasında olub. "Olaylar"ın xəbərinə görə, bu barədə millət vəkili Jalə Əhmədova məlumat verib: "İDDO Psixi Sağlamlıq Proqramının komandası olaraq 2 saylı klinik psixiatriya xəstəxanasında rəsmi görüşdə olduq. Klinikanın baş həkimi İlqar Əfəndiyevlə görüş zamanı psixologiya sahəsində olan boşluqları, hal-hazırda özəl mərkəzlərin özbaşınalığı və fərdi fəaliyyətlərinin qarşısının alınması məsələsini, habelə bu sahədə əməkdaşlıq edəcəyimiz məqamları müzakirə etdik. Eləcə də saxta psixoloqlarla mübarizə aparmağın vacibliyini diqqətə çatdırdım.
Proqramın baş psixoloqu Rövşən Nəzərli Klinik protokolun yazılması və reabilitasiyanın aparılmasına nəzarət sistemi haqqında məlumat verdi. Gələcəkdə hansı istiqamətlərdə əməkdaşlıqlar edəcəyimiz və öhdəliklərimiz barədə danışdıq. Müəyyən ortaq qərarlar aldıq.
Bizim ümumi məqsədimiz, cəmiyyətdə psixoloji problemləri aradan qaldırmaq və reabilitasiya işini yüksək səviyyəyə çatdırmaqdır. Lakin hal-hazırda acı həqiqət odur ki, saxtakarlar bizim gələcəyimizi məhv edir!"