“Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması” mövzusunda maarifləndirici tədbir keçirilib- ÖZƏL
12 İyul 2024 10:34 Sosial2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar təsdiq edilmiş "Tədbirlər Planı"na uyğun olaraq Cəbrayıl qəsəbələrində "Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması" mövzusunda əhali ilə maarifləndirici söhbətlər aparılıb.
Cəbrayıl rayin İcra Hakimiyyətindən "Olaylar"a daxil olan məlumata görə, söhbət əsnasında bildirilib ki, su ehtiyatlarından səmərəli istifadə, alternativ su mənbələrinin yaradılması günümüzün aktual məsələlərindən biridir.
Ölkəmizdə əhalinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində mühüm işlər görülür. Dövlət başçısının rəhbərliyi ilə son illərdə bununla bağlı ciddi layihələr reallaşdırılıb. Əhalinin suya olan tələbatının ödənilməsi məsələsi Cəbrayıl rayonunda da diqqətdə saxlanılır. Görüşdə eyni zamanda rayon üzrə mövcud vəziyyət, su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətlə istifadəsi, sudan qanunsuz, normadan artıq istifadənin qarşısının alınması barədə də ətraflı müzakirələr aparılıb və əhalini maraqlandıran suallar cavablandırılıb.
Alim Hüseynli
Olaylar.az