Yaxın günlərdə Laçın şəhərinə növbəti köç olacaq
11 İyul 2024 20:18 SosialBöyük Qayıdış proqramına əsasən Laçın şəhəri, Sus, Zabux və Qarıkaha kəndi tamamilə hazırdır.
Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, kəndlər üzrə sakinlərin köçünün mütləq əksəriyyəti tamamlanıb:
"Laçın şəhəri üzrə köçün növbəti mərhələsi isə yaxın günlərdə həyata keçiriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31