İşğaldan azad edilmiş ərazilərdə 8 yeni seçki məntəqəsi yaradılacaq
9 İyul 2024 17:06 Sosialİşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılacaq.
Olaylar-ın xəbərinə görə, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov mlumat verib.
Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması təklif olunub və səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31