Yeni icra başçısı kollektivə təqdim olundu
8 İyul 2024 19:13 SosialQusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Sahir Məmmədxanov iyulun 8-də Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Olaylar.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
S.Məmmədxanov ona göstərilən etimada görə minnətdarlıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31