Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi
8 İyul 2024 16:34 Sosialİyulun 9-dan 10-u gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Olaylar xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Şahbuz, Babək, Culfa, Ordubad, Gəncə, Naftalan, Goranboy, Şəmkir, Göygöl, Bərdə, Mingəçevir, Gədəbəy, Daşkəsən, Şəki, Yevlax, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31