Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
8 İyul 2024 10:37 SosialSumqayıtın bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatı dayandırılacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar bu gün saat 10-dan saat 12-nə qədər şəhərin 1-ci və 5-ci mikrorayonlarında, eləcə də bir sıra məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31