Sabahın hava PROQNOZU
4 İyul 2024 13:03 Sosialİyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şəq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37°, dağlarda gecə 8-13°, gündüz 18-23° olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31