Bu küçə bağlanır - Avtobusların hərəkəti müvəqqəti dəyişdirilir - DİQQƏT

Saat 07:00-dan 5 iyul saat 22:00-dək Bakının Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Bu barədə Olaylar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb paytaxt yollarında təmir işlərinin aparılmasıdır.

Tətbiq ediləcək məhdudiyyətlə əlaqədar Mikayıl Müşfiq küçəsinə daxil olan 6, 10, 31, 53 və 77 nömrəli müntəzəm avtobus marşrutları alternativ olaraq Parlament və Hüseyn Cavid prospektləri, eləcə də Mehdi Hüseyn küçəsi ilə təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31