Paytaxtda neçə nəfəri gün vurub?
2 İyul 2024 12:21 Sosial2024-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə günvurma ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27 nəfərin müraciəti qeydə alınıb.
Olaylar xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumat yayıb.
Qeyd edilir ki, onlardan 5 nəfər xəstəxanaya təxliyə olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib.
Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında azyaşlılardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31