Azərbaycanda xəstəxana direktoru İŞDƏN ÇIXARILDI

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev tutduğu vəzifəsindən azad edilib.

Olaylar.az bildirir ki, bu barədə "Report"un Qərb bürosu məlumat verir.

F.Abdullayev bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.

TƏBİB-dən "Report"a verilən məlumata görə, Mingəçevir Şəhər Xəstəxanasının direktoru əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31