MİQ müsabiqəsinin test imtahanı mərhələsinə başlanılır
1 İyul 2024 16:06 SosialMüəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır.
Təhsil İnstitutundan Olaylar.az-a verilən məlumata görə, 2 iyul tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31